çəhrayı rəngdə olması şikayətləriylə feldşerə müraciət edib. Baxma zamanı xəstənin üzundə şişkinlik müşahidə edilir. Anamnezdən məlum olur ki , 3 gündür xəstədir , 2 həftə əvvəl angina keçirib. A/T (arterial təzyiq) 165/ 100 mm.c. süt. Təxmin edilən diaqnoz hansıdır? A) Böyrək daşı
B) Kəskin pielonefrit
C) Kəskin qlomerulonefrit
D) Sistit
E) Xroniki böyrək çatışmazlığı
Qlomerulonefrit yumaqcıq damarlarının zədələnməsinin üstünlüyü ilə gedən , böyrəklərin tez-tez
rast gəlinən immunokompleks xəstəliyidir.Kəskin qlomerulonefrit zamanı bel nahiyəsində
sızıldayıcı ağrılar, ümumi halsızlıq , baş ağrısı olur, hematuriya müşahidə edilir. Xəstənin 2 həftə
əvvəl angina keçirməsi böyük diaqnostik əhəmiyyət kəsb edir, çünki xəstəlik əsasən streptokokk
infeksiyasından sonra başlayır. Üzdə ödemin olması, arterial təzyiqin göstəricisi də qlomerulonefrit
diaqnozunu təsdiqləməyə əsas verir.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 459.
Bakı. “ Təbib “ 1998
325) Öd sancısı tutması zamanı hansı preparatın istifadəsi əks- göstərişdir? A) No-şpa
B) Omnopon
C) Allaxol
D) Papaverin
E) Yessentuki -17
Öd sancısı zamanı əsas məqsəd ağrını və spazmıaradan qaldırmaqdır. Narkotiklər Oddi sfnkterində
spazm yaratdığına görə öd sancısı zamanı istifadəsi əks- göstərişdir, omnopon da narkotik
olduğundan bu baxımdan istifadəsi əks-göstərişdir
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.445.
Bakı. “Təbib “1998
326) Xroniki pankreatit zamanı sadalanan dərmanlardan hansının işlədilməsi məqsədəuyğun deyil? A) Almagel
B) Digestal
C) Xolenzim
D) Pankreatin
E) Festal
Almagel antasid preparat olub ,əsasən hipersekretor qastritdə istifadə olunur , sadalanan digər
preparatlar isə ferment preparatları olduğuna görə mədəaltı vəzin xarici sekretor çatmamazlığında
əvəzləyici terapiya məqsədilə tətbiq edilir.
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.392.
Bakı. “Təbib “1998