Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə90/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   86   87   88   89   90   91   92   93   ...   252
334) Hemodializə göstəriş hansıdır?


A) Kəskin ödem 
B) Stabil arterial hipertenziya 
C) Salananların hamısı 
D) Qanda kreatinin miqdarının 1,2 mmol/l- dən çox olması ( XBÇ) 
E) İnfeksion ağırlaşmalar 
Xroniki böyrək çatmamazlığı daim proqressivləşən xəstəlikdir. Buna görə xəstənin ömrünün 
uzadılması yalnız hemodializin köməyi ilə mümükündür. Hemodializ üçün isə əsas göstərici qanda 
kreatinin miqdarıdır , bu göstərici 1,2 mmol/l-dən çox olarsa bu böyrəyin süzmə funksiyasının 
kəskin azaldığını göstərir , bu halda hemodializ qaçınılmazdır. 
Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh.474. 
Bakı. “Təbib “1998 
335) Xroniki böyrək çatışmazlığını təsdiqləyən əsas göstərici hansıdır?
A) Xəstənin apatiya vəziyyəti 
B) Arterial təzyiqin yüksək olması 
C) Qanda kreatinin artması 
D) Proteinuriya 
E) Hiperqlikemiya 
XBÇ zamanı böyrək nefronları sıradan çıxır ,onların əvəzinə birləşdirici toxuma inkişaf edir. 
Böyrəklərdə sağ qalmış nefronların miqdarı 30%-dən aşağı düşdükdə, böyrəklərin süzmə 
qabiliyyəti 30 -35 ml/dəqiqədən aşağı olduqda kreatinin miqdarı artır, kreatinin miqdarının artması 
XBÇ- nin əsas göstəricisi hesab olunur. Sadalanan digər əlamətlər isə başqa xəstəliklərdə də rast 
gəlinir.
Ədəbiyyat :F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 478. 
Bakı. “ Təbib “ 1998 
336) Böyrək sancısı zamanı sadalananlardan hansı feldşer edə biməz?
A) Oturaq isti vanna tətbiq etmək 
B) Çox miqdarda maye vermək 
C) 0,1 %-li atropin inyeksiyası 
D) Cərrahi yolla daşı kənar etmək 
E) 2%-li baralgin inyeksiyası 
Cərrahi yolla daşı kənar etmək yalnız cərrahın səlahiyyətinə aiddir. Sadalanan digər yardımları isə 
feldşer sərbəst edə bilər. 
Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər.Səh. 495. 
Bakı “ Təbib“1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin