331) Kəskin qlomerulonefritin profilaktikasında sadalananlardan hansı mühüm əhəmiyyət daşımır? A) Virus infeksiyası zamanı vaksin və zərdabların yeridilməsinə qəti qadağa
B) Kəskin soyuqdan qorunma
C) Qidada xörək duzunun məhdudlaşdırılması
D) Kəskin infeksion xəstəliklərin qarşısının alınması
E) Orqanizmdəki infeksiya ocaqlarının sanasiyası
Kəskin qlomerulonefrit zamanı yumaqcıqların kapilyarları üzərinə anticism- antigen kompleksi
çöküb , böyrəklərin süzmə funksiyası pozulur. Qidada xörək duzunun məhdudlaşdırılması isə
kəskin qlomerulonefritin profilaktikasında əhəmiyyət daşımır.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.
459.Bakı. “Təbib“1998
332) Hansı xəstəlik zamanı sidiyin xüsusi çəkisi azalır? A) Endemik ur
B) Şəkərsiz diabet
C) Sadalananların hamısı
D) Kəskin pielonefrit
E) Şəkərli diabet
Şəkərsiz diabet qanda antidiuretik hormonun tam defisiti nəticəsində yaranır. Bu zaman xəstə gündə
25-30 litrə qədər sidik ifraz edir. Sidiyin xüsusi çəkisi sidikdə həll olan maddələrin ,məsələn sidik
cövhəri , kreatin, sidik turçusu, duzlar və s. konsentrasiyasından və ifraz edilən mayenin
miqdarından asılıdır.Diurez nə qədər çox olsa və sidikdə həll olan maddələrin konsentrasiyası nə
qədər aşağı olsa sidiyin xususi çəkisi bir o qədər az olar.
Ədəbiyyat : Axunbəyli A.Ə ; Alimetov S.N. Daxili xəstəliklər. Səh.367. Şərq- Qərb. Bakı 1998.
333) Xroniki qlomerulonefrit zamanı ödemlər olduqda qidalanmada nə məhdudlaşdırılır? A) Natrium xlorid
B) Karbohidratlar
C) Zülallar
D) Yağlar
E) Vitaminlər
Xroniki qlomerulonefritin ödemlər kəskin ifadə olunan nefrotik və qarışıq formalarında NaCL
miqdarı 1,5- 2,5 qrama qədər məhdudlaşdırılmalıdır , çünki NaCl –un artıq miqdarda qəbul
edildikdə orqanizmin suya ehtiyacı artır . Ödem zamanı isə əsas məqsəd orqanizmdə mayenin
miqdarın azaltmaqdır.
Ədəbiyyat :F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh.459.
Bakı. “ Təbib “1998