Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Sadalanan məhsullardan hansında dəmirin miqdarı azdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə91/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   87   88   89   90   91   92   93   94   ...   252
337) Sadalanan məhsullardan hansında dəmirin miqdarı azdır?
A) Süddə 
B) Paxlada 
C) Yumurtada 
D) Ətdə 
E) Qaraciyərdə 
Dəmir qida məhsullarından ən çox ətdə ,qara ciyərdə ,ən az isə süddə olur .Süd əsasən kalsiumla 
zəngindir. Dəmirin sorulması fosfor tuşuları , çoxlu miqdarda kalsium olduqda azalır ,əksinə 
askorbin turşusu ,limon, sorbit qəbulunda güclənir. 


Ədəbiyyat :F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 543. 
Bakı.“Təbib“1998 
338) Sadalananlardan hansı anemik sindroma aid deyil?
A) Qulaqlarda küy 
B) Zəiflik 
C) Təngnəfəslik 
D) Başgicəllənmə 
E) Qusma 
Anemik sindrom zəiflik, başgicəllənmə, qulaqlarda küy, azacıq yükdə təngnəfəslik,ürəkdöyünmə ilə 
xarakterizə olunur. Anemik sindromun ifadəliliyi anemiyanın inkişaf dərəcəsindən asılıdır. 
Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər. Səh. 556. 
Bakı. “ Təbib “ 1998 
339) Hansı anemiyada xəstə təbaşir, əhəng, gil,torpaq yeməyə ehtiyac duyur?
A) Aplastik 
B) Bütün anemiyalarda 
C) Hemolitik 
D) Dəmir defisitli 
E) B 12 defisitli 
Dəmirdefisitli anemiyalı xəstələr üçün təbaşir, əhəng, gil, torpaq yeməyə cəhd şəklində dadın təhrif 
olunması xarakterik hesab olunur.Buna səbəb dəmir defisitli anemiya zamanı dil məməciklərinin 
atrofiyası nəticəsində dadbilmənin təhrif olunmasıdır. 
Ədəbiyyat : F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə Daxili xəstəliklər.Səh. 539. 
Bakı.“Təbib “1998 
340) Talassemiya hansı xəstəliklərə aiddir?
A) Oynaq xəstəlikləri 
B) Qan xəstəliklərinə 
C) Birləşdirici toxumanın sistem xəstəliklərinə 
D) Maddələr mübadiləsinin pozulması 
E) Endokrin sistem xəstəliklərinə 
Talassemiya irsi anemiyalara aiddir. Bu xəstəlik zamanı eritrositlər sümük iliyində məhv olurlar. 
qanda hemoqlobinin miqdarı 30-50 qr/l-ə qədər azalır. 
Ədəbiyyat : Axunbəyli A.Ə ; Alimetov S.N. Daxili xəstəliklər. Səh.319. Şərq- Qərb. Bakı 1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin