Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Ağciyərlərin kütləvi müayinə metodu hansıdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə78/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   74   75   76   77   78   79   80   81   ...   252
297) Ağciyərlərin kütləvi müayinə metodu hansıdır?
A) Xolesistoqrafiya 
B) Uroqrafiya 
C) Flüoroqrafiya 
D) Bronxoqrafiya 
E) Rentgenoqrafiya 
Flüoroqrafiya ağciyərlərin kütləvi müayinə metodu sayılıb, gün ərzində bu metodla 300-ə qədər 
adamı müayinədən keçirmək mümkün olur. 
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 501 “Təhsil” Bakı 1998 
298) Sekretor çatışmazlıqla gedən xroniki qastrit zamanı sadalananlardan hansı 
xarakterikdir?
A) Qıcqırma 
B) Nəcisdə gizli qanın olması 
C) Qəbizlik 
D) Meteorizm 
E) Lax yumurta iyi verən gəyirmə 
Sekretor çatışmazlıqla gedən xroniki qastrit zamanı mədə sekresiyası azalır , qəbul edilmiş qida 
yaxşı həzm olunmur , mədədə həzm prosesinin pozulması nəticəsində dolma ,dartılma hissi olur. 
Həzm prosesinin pozulması nəticəsində qida uzun müddət mədədə qalır ,bu da gəyirmə zamanı lax 
yumurta iyi gəlməsinə səbəb olur. 
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə.Səh. 312. 
Bakı.“Təbib“1998. 
299) Hiperasid qastritdə hansı dərman preparatları təyin edilir?
A) Allaxol 
B) Almagel 


C) Baralgin 
D) No-Şpa 
E) Levomisetin 
Hiperasid qastrit zamanı mədənin sekretor funksiyası artdığına görə antasid preparatlar : 1-2 doza 
qaşığı almagel və ya gündə 3-4 dəfə 1qr- dan vikalin təyin edilir 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 
316.Bakı “Təbib “1998. 
300) Hipoasid qastrit zamanı remissiya dövründə əvəzedici terapiya nədən ibarətdir?
A) Almagel 
B) Spazmolitin 
C) Vikalin 
D) Atropin 
E) Abomin 
Hipoasid qastrit zamanı həzmi yaxşılaşdırmaq məqsədilə xəstəyə əvəzedici terapiya: abomin, 
betasid və mədə şirəsi təyin edilir. 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 316. 
Bakı. “ Təbib “ 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin