Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Hansı xəstəlikdə mövsümi kəskinləşmə olur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə79/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   75   76   77   78   79   80   81   82   ...   252
301) Hansı xəstəlikdə mövsümi kəskinləşmə olur?
A) Xroniki kolit 
B) Qaraciyər sirrozu 
C) Öd daşı xəstəliyi 
D) Mədə xərçəngi 
E) Xora xəstəliyi 
Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi kəskinləşmə və remissiyalarla gedir. Kəskinləşmə 
əsasən yaz və payız fəsillərində müşahidə olunur. Ona görə də xorası olan xəstələr diaqnoz 
müəyyən edilən andan və profilaktik müalicə aparılan dövrdə aktiv residiv əleyhinə terapiya 
aparmaq məqsədilə dispanser müşahidə altında olmalıdırlar. Aktiv residiv əleyhinə terapiya fəsli 
kəskinləşmədən 1 ay əvvəl aparılır 
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 317. 
Bakı.“Təbib “1998. 
302) Hansı bağırsaqdan qanaxma zamanı qətranabənzər nəcis müşahidə edilir?
A) Düz bağırsaq 
B) Yoğun bağırsaq 
C) Siqmavari bağırsaq 
D) 12 barmaq bağırsaq 
E) Nazik bağırsaq 
12 barmaq bağırsaqdan xora nəticəsində qanaxma olduqda bağırsaq şirəsinin təsirindən hemoqlobin 
parçalanır ki, bu da nəcisin qətranabənzər şəkildə olmasına səbəb olur.Digər bağırsaqlardan 
qanaxma olduqda qan parçalanmaya məruz qalmadığına görə rəngini dəyişmir. 
Ədəbiyyat:Daxili xəstəliklər:F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə.Səh325. 
Bakı. “Təbib“1998. 
303) Hansı xroniki qastrit mədə xərçənginə gətirib çıxarır?
1. Anasid 


2. Hiperasid 
3. Normoasid 
4. Hipoasid
A) 1,2 
B) 3,4 
C) 2,3 
D) 1,4 
E) 1,3 
Anasid və hipoasid qastritin rigid formasında əsasən mədə çıxacağı zədələnir. Hipertrofik 
dəyişikliklər, ödemin inkişafı və əzələlərin spastik yığılması nəticəsində mədə çıxacağı 
deformasiyalaşır , qalın ,rigid divarlı ,ensiz boruya çevrilir. Bu zaman selikli qişada kəskin 
degenerativ dəyişikliklər əmələ gəlir ki,bu da bəd xassəli yeni törəmənin inkişafına meyl yaradır 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 315. 
Bakı. “Təbib “ 1998. 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin