Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə – Terapiya Təmizləyici imaləyə əks- göstəriş hansıdır?


) Mədə qanaxması zamanı xəstənin qusuntusu necə olur?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə83/252
tarix21.08.2023
ölçüsü1,54 Mb.
#140097
1   ...   79   80   81   82   83   84   85   86   ...   252
313) Mədə qanaxması zamanı xəstənin qusuntusu necə olur?
A) Selikli 


B) Al qırmızı qanlı 
C) Pis qoxulu 
D) “Qəhvə xıltı” şəklində 
E) Öd qarışıqlı 
Mədə şirəsinin tərkibində olan HCl turşusunun təsirindən hemoqlobin parçalandığına görə qanın 
rəngi tündləşir “ qəhvə xıltını “ xatırladır. 
Ədəbiyyat :Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh.325. 
Bakı.“Təbib “1998 
314) Mədə xərçəngi zamanı xəstədə hansı qidaya qarşı ikrah hissi olur?
A) Süd 
B) Ət 
C) Tərəvəz 
D) Yumurta 
E) Meyvə 
Mədə xərçəngi zamanı xəstəliyin başlanğıc dövrü üçün xas olan erkən əlamətlərdən biri xəstədə ətli 
qidalara qarşı ikrah hissinin olmasıdır, çünki ətli qidaları nəinki yedikdə ,hətta gördükdə belə 
xəstədə güclü öyümə, bəzən qusma olur. 
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 337. 
Bakı. “Təbib “1998 
315) 20 yaşlı xəstə qarnında yeməkdən 4-5 saat sonra ,acqarnına, bəzən gecə başlanan 
ağrılarla feldşerə müraciət edib. Dediyinə görə qida qəbulundan sonra ağrıları azalır, 
qəbizliyə meyllidir, iştahası pozulmayıb. Anamnezdən məlum olur ki , xəstə içkiyə 
aludədir.Baxış zamanı xəstənin rəngi avazımış ,dili ağ ərplə örtülüdür.Palpasiya zamanı 12 
barmaq bağırsağın proyeksiyası bərk ağrılıdır.Təxmin edilən diaqnoz aşağıdakılardan hansı 
ola bilər?
A) Kəskin pankreatit 
B) Kəskin qastrit 
C) Mədə xərçəngi 
D) Mədə xorası 
E) 12 barmaq bağırsaq xorası ,kəskinləşmə mərhələsində 
Anamnezə əsasən : qarında gec , gecikmiş və gecə ağrılarının olması , qəbizliyə meyllik .Bunlara 
səbəb odur ki,mədə boş olduqda turş mühitli mədə şirəsi 12 barmaq bağırsağa keçir ( 12 barmaq 
bağırsaqda mühit qələvidir) və orada olan xoranı qıcıqlandırır və bu da bərk ağrıya səbəb olur ,ona 
görə ağrı olduqda xəstə qida qəbul edirsə ağrı dərhal kəsilir.Obyektiv müayinəyə əsasən dilin ərpli 
və bağırsaq proyeksiyasının ağrılı olması diaqnozu bir daha təsdiqləyir. 
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 328. 
Bakı.“Təbib“1998 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   252




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin