634) Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur?
A) Çapıq əmələ gəlməsi üçün
B) Yara ifrazatını çıxarmaq üçün
C) Epitelizasiyanı sürətləndirmək üçün
D) Qanaxmanı dayandırmaq üçün
E) Yaranı təftiş etmək üçün
İrinli yaraların müalicəsində yerli müalicə vasitəsi kimi işlədilir. Yarada drenaj qoymaqla
qramullyasiya əmələ gəlməsi prosesini sürətləndirməkdir.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 322
635) I-II dərəcəli termiki yanıq zamanı həkiməqədərki yardım hansıdır?
A) Aseptik sarğı qoyub,təcili yardım çağırmaq
B) Süni ağ ciyər aparatına qoşma və ürəyin masajı
C) Yanıq sahəsindən yuxarıda turna qoymaq
D) Tənəffüsü yaxşılaşdırmaq üçün analeptiklər vurmaq
E) Antibiotiklər vurmaq
I-II dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Bütün hallarda fərdi sarğı paketi və ya steril bintlə sarğı
qoyulmalıdır. Ətraflarda I-II dərəcəli yanıqlar olduqda 10-15 dəqiqə axar soyuq su altında
saxlanmalıdır.
Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292