193) Bakterioloji müayinə üçün sidik toplayarkən tbb işçisi nəyi düzgün etmir?
A) Sidiyi kateterlə götürür.
B) Sidiyin ilk porsiyasını tullayıb, ikinci porsiyadan toplayır.
C) Sidiyi götürən kimi dərhal analizə göndərir.
D) Sidik götürməzdən əvvəl uretranı şırınqalıyır.
E) Sidiyi ilk porsiyası ilə birgə qaba toplayır.
Tibb bacısı bakterioloji analiz üçün sidiyi kateterlə götürür, bunun üçün xəstənin xarici cinsiyyət
üzvlərini yuyur, uretranın ön hissəsini şırınqalayır, hətta bunları etdikdən sonra belə, sidiyin ilk
porsiyasını tullayır, qalan porsiyalarını isə steril qaba yığıb, mümkün qədər tez analizə göndərir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.78 “ Çıraq ” 2008.