197) Sonuncu qida qəbulu mədə zondlanmasından nə qədər əvvəl olmalıdır?
A) Müayinədən əvvəlki gün səhər
B) Müayinədən əvvəlki gün günorta
C) Müayinədən iki saat əvvəl
D) Müayinədən əvvəlki gün axşam
E) Müayinə olunan gün səhər
Mədə zondlanması zamanı mədə tam boş olmalıdır. Ona görə də müayinədən əvvəlki axşam
sonuncu qida qəbul olunmalıdır.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
198) Döş sümüyü arxasında deşici, yandırıcı ağrıların olması zamanı tibb bacısının taktikası?
A) Mədəsini yumaq
B) Analgetiklərdən istifadə etmək
C) Xəstənin hərəkətsizliyini təmin etmək
D) Narkotiklərdən istifadə etmək
E) Ayaqlarını isti vanna etmək
Döş sümüyü arxasında deşici, yandırıcı ağrılar olduqda tibb bacısı həkiməqədərki yardımı
göstərməlidir. Burada tibb bacısının taktikası xəstənin hərəkətsizliyini təmin etməkdir (İnfarkta
şübhə olduğuna görə).
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158 “Azərnəşr” Bakı
1984