209) Bəlğəmi ümumi analizə görə yığmaq üçün xəstə nə ilə təmin olunmalıdır?
A) Plastmas qab ilə
B) Quru banka ilə
C) İçində su olan banka ilə
D) Steril sınaq borusu ilə
E) Quru sınaq borusu ilə
Analiz etmək üçün bəlğəmi təmiz quru bankaya yığırlar. Bankanın üzərinə xəstənin adı, soyadı və
atasının adı, analizin məqsədi, palata və şöbənin adı yazılmış kağız yapışdırılır.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “ .Səh.15 “ Çıraq “ 2008.
210) Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə nə zaman aparılır?
A) Müayinə olunan gün səhər
B) Müayinədən əvvəlki axşam
C) Axşam və səhər
D) Müayinədən 5 dəqiqə əvvəl
E) Aparılmır
Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə aparılmasının heç bir əhəmiyyəti
yoxdur. Təmizləyici imalə əsasən bağırsaq keçməməzliyi, qarın boşluğunda aparılacaq
əməliyyatlardan qabaq və s. zamanı aparılır.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.203.“Təhsil” Bakı 1998