211) Xəstənin mədə zondlanmasına hazırlanması necə həyata keçirilir?
A) Axşam-təmizləyici imalə
B) Səhər və axşam sifon imaləsi
C) Axşam-yüngül şam yeməyi, səhər-acqarına
D) Səhər- sifon imaləsi
E) Səhər və axşam təmizləyici imalə
Mədə zondlanmasından bir gün əvvəl xəstə axşam saat 6-dan gec olmayaraq yüngül şam etməli,
müayinə aparılan gün isə heç bir qida, maye, dərman qəbul etməməli və siqaret çəkməməlidir.
Ədəbiyyat : C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 194.“Təhsil” Bakı 1998.