697) Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olamalıdır?
A) Sol böyrü üstə və ayaqlar qarına yığılmış vəziyyətdə
B) Qarın üstə
C) Diz-dirsək vəziyyətində
D) Arxası üstə
E) Sağ böyrü üstə
Düz bağırsaq sol qalça çuxuru nahiyyəsində yerləşdiyi üçün mayenin daha asan bağırsağa
qovulması məqsədilə xəstə sol böyrü üstə sol ətraf qarına yığılmış vəziyyətdə olmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.41
698) Köçürülən qan hansı dərəcəyə qədər isidilməlidir?
A) 33-35o
B) 37-38o
C) 40-41o
D) 38-40o
E) 42-44o
Bədən temperaturuna uyğun olması üçün köçürülən qan 37-38o C-yə qədər qızdırılmalıdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 315
699) Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır?
A) 30 dəqiqə
B) 1 saat
C) 45 dəqiqə
D) Buz əriyənə qədər
E) 25 dəqiqə
Buz əriyənə qədər buz qovuğu əməliyyat sahəsində saxlanılır. Buzun əriməsi isə temperaturdan
asılı olaraq müxtəlif ola bilər.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 287