Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.:
Медицина, 1982. Səh. 121
693) Reanimasion tədbirlərin effektivlik əlaməti hansıdır?
A) Döş qəfəsində ekskursiyanın olmaması
B) Yuxu arteriyasında nəbz vurğusunun olması, bəbəklərin daralması və sərbəst tənəffüsün bərpası
C) Periferik nəbzin olmaması
D) Bəbəklərin genəlməsi
E) Rəngin avazıması
Reanimasiya tədbirləri düzgün aparılarsa 30 dəqiqə ərzində yuxu arteriyası üzərində nəbz vurğuları
hiss olunur ki, bu da qan dövranının bərpasını göstərir. Bəbəyin işığa reaksiyası
bərpa olunur,
bəbəklər daralır, bu da beyin toxumalarının qanla təchizatına dəlalət edir
və sərbəst tənəffüs bərpa
olunur.
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 121
Dostları ilə paylaş: