733) Yerli anesteziyanın üstün cəhətləri hansılardır?
A) Tənəffüs orqanlarının fəaliyyətini artırır.
B) Uzunmüddətli əməliyyat önü hazırlıq lazım deyil
C) Hemodinamikaya nəzarəti asanlaşdırır.
D) Tənəffüs pozğunluqları zamanı istifadə oluna bilər.
E) Ürəyin fəaliyyətini artırır
Yerli anesteziya zamanı anesteziya edici maddə yerli olaraq əməliyyat aparılacaq sahəyə yeridilərək
yalnız həmin sahə anesteziya olunduğu üçün uzun müddətli əməliyyat hazırlığı lazım gəlmir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 58