A) Fiziki üsulla nəzarət
B) Texniki nəzarət
C) Kimyəvi üsulla nəzarət
D) Bioloji müayinə üsulu
E) Bakterioloji nəzarət
Ən etibarlı və dəqiq üsul bakterioloji nəzarət üsuludur. Bu üsulda sterilizasiya olunmuş
materiallardan nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilir və əkmə yolu ilə nəzarət
aparılır
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
737) Sterilizasiyanın fiziki üsuluna hansı aiddir?
A) Formalik buxarı ilə təsir etmək
B) Antibiotiklərdən istifadə etmək
C) 70o-li etil spirtində saxlamaq
D) Avtoklavlaşdırma
E) 6%-li hidrogen-peroksid məhlulunda saxlamaq
Avtoklavlaşdırma zamanı yüksək temperatur və təzyiqlə (buxarla), yəni fiziki amillərlə sterilizasiya
aparıldığına görə bu üsul sterilizasiyanın fiziki növünə aiddir.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30
738) Əməliyyat sahəsinin işlənməsində hansı antiseptik məhluldan istifadə olunur?
A) 10%-li natrium-xlorid
B) Kalium-permanqanat məhlulu
C) Hidrogen-peroksid
D) Yodonat
E) Pervomor
Əməliyyat sahəsinin işlənməsində halloid qrupuna aid kimyəvi aseptik maddə olan yodonatdan
istifadə olunur.
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
Dostları ilə paylaş: