806) Borulu drenajlar istifadədən əvvəl nə ilə yuyulmalıdır?
A) 3%-li hidrogen peroksidlə
B) 0.9%-li natrium xloridlə
C) 1%-li yodonatla
D) 1.5%-li xlorheksidin biqlyukonat
E) 70%-li spirtlə
Bütün drenajlar mütləq steril olmalı və bir dəfə istifadə üçün nəzərdə tutulmalıdır.Borulu drenajlar
istifadədən əvvəl 0.9%-li natrium xlor məhlulu ilə yuyulmalıdır.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.114
807) Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması necə adlanır?
A) Biopsiya
B) Anesteziya
C) Hemostaz
D) İnfuziya
E) Drenajlanma
Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması
drenajlanma adlanır.Drenajlanma tənzif və borulu drenajların vasitəsilə həyata
keçirilir.Drenajlanma üç cür olur:passiv,aktiv və aspirasion-şırınqa yolu ilə.
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее
профессиональное образование), Феникс, 2008 стр.114