870) Burun qanaxmalarında istifadə olunan tamponun ölçüləri nə qədər olmalıdır?
A) 20-30 sm x 4- 5 sm
B) 5-6 sm x 2- 3sm
C) 30-40 sm x 5- 6 sm
D) 10-15 sm x 7-8 sm
E) 50-60 sm x 1-1.5 sm
Burun qanaxmalarında ön tamponada üçün 50-60 sm uzunluğunda,eni isə 1-1.5 sm olan steril tənzif
tamponlardan istifadə edilir.Tampon qan zərdabı ilə trombin məhlulu ilə və steril vazelinlə
isladılır.sonda buruna sapandvari sarğı qoyulur.
Ədəbiyyat:A.A.Mixaylov.Feldşerin məlumat kitabı 2-ci cild.Moskva-1990.Səh(451)
871) Yırtığı xarakterizə edən neçə əlamət var?
A) 6
B) 3
C) 2
D) 4
E) 5
Yırtıq üç hissədən ibarət olmaqla xarekterizə olunur:
1.Yırtıq qapısı
2.Yırtıq kisəsi
3.Kisəsinin içində olan orqan və ya toxuma
872) Turnanın düzgün qoyulduğunu təsdiq edən əlamətlərdən biri doğru deyil.
A) Ətrafın qızarması
B) Ətrafın avazıması
C) Qanaxmanın dayanması
D) Periferik nəbzin itməsi
E) Ətrafın soyuması
Turna tək sümüklər olan anatomik nahiyələrə qoyulur.Turna o qədər sıxılmalıdır ki,arterial qan
dayansın və periferik nəbz itmiş olsun.Bu vaxt ətraf dərinin rəngi avazıyır və soyuyur.Turnanın
maksimal saxlanma müddəti fasilələrlə 2 saatdan çox olmamalıdır.