882) Böyrəklərin qapalı zədələnmələri zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Spazmalitiklərdən istifadə
B) Buz qovuqcuğu qoyub hospitalizə etmək
C) Narkotiklərdən istifadə
D) Sidikqovuculardan istifadə
E) İsitqac qoymaq
Böyrəklərin qapalı zədələnmələri zamanı ilk tibbi yardım məqsədilə zədə nahiyəsinə buz
qoyub,xəstəni rahat uzadaraq təcili xəstəxanaya çatdırmaq lazımdır.
883) Sidik kisəsini yumaq üçün hansı məhluldan istifadə olunur?
A) Pervomur məhlulundan
B) Furasilindən
C) Fizioloji məhluldan
D) Hidrogen-peroksid məhlulundan
E) 70%-li spirtdən
Sidik kisəsinin iltihabı xəstəliklərində,bəzi cərrahi əməliyyatlardan sonra Jane şprisi ilə isidilmiş
furasilin məhlulu ilə sidik kisəsi yuyulur.
Ədəbiyyat:S.B.İmanverdiyev.Uroloji şöbədə tibb bacısının işi,Bakı-2004.Səh(65)