975) Astmatik status zamanı istifadə edilən preparat.
A) Salbutamol
B) Berotek
C) İntal
D) Prednizolon
E) Astmopent
Ağır bronxial astma tutmaları zamanı (Astmatik status) prednizolon inyeksiya şəklində vena
daxilinə 500 ml 5%-li qlükoza məhlulunda damcı üsulu ilə yeridilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 270
976) Revmatizmin profilaktikası məqsədilə hansı preparat istifadə edilir?
A) Rifampisin
B) Bisillin
C) Tetrasiklin
D) Oksasillin
E) Gentamisin
Bisillin I-V revmatizmdə, revmakarditdə əzələ daxilinə yeridilir. Bisillin V ayda 1 dəfə 1200000
TV, Bisillin I isə həftədə bir dəfə 300000-600000 TV yeridilir.
Ədəbiyyat: A.Ə.Axundbəyli, D.Y.Hüseynov “Farmakoterapiyanın əsasları”. Bakı 2001. Səh 305
977) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilən AÇF(adenozin çevirici fermentin