980) Hipertoniya xəstəliyin müalicəsi zamanı istifadə edilir?
A) Bronxolitiklər
B) Diuretiklər
C) Uroseptiklər
D) Qlukokortikosteroidlər
E) Sitostatiklər
Diuretiklər böyrəklərdə natrium ionların reabsorbsiyasını zəiflədərək suyun orqanizmdən xaric
olmasını sürətləndirir və nəticədə arterial təzyiqi aşağı salır.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 260
981) AÇF( adenozin çevirici fermentin ) inhibitorların hansı preparat aiddir?
A) Kaptopril
B) Anaprilin
C) İzoptin
D) Valzartan
E) Raunatin
Kaptopril AÇF-in fermentativ təsirini zəiflətməklə angiotenzin I-in angiotenzin II-ə çevrilməsinə
tormozlayıcı təsir göstərir.
Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 257