97) Xəstənin dərmana həsaslığını yoxlamaq üçün iynə hansı nahiyəyə vurulur?
A) Dəri içinə
B) Vena daxilinə
C) Əzələ daxilinə
D) Göstərilən bütün nahiyələrə vurmaq olar
E) Dəri altına
İnyeksiya zamanı orqanizmin dərmana,əsasən də antibiotiklərə reaksiyasını yoxlamaq üçün 0,01 ml
dərman 15mm uzunluqlu iynə ilə dəri içinə yeridilir.
Əgər xəstənin orqanizmi dərmana reaksiya verərsə həmin yer qızarır, şişir, hərarəti digər
nahiyələrdən yüksək olur.Bu yerli reaksiya olduğundan ağır allergik fəsada səbəb olmur.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.48 “ Çıraq”2008.
98) Dərialtı inyeksiyadan sonra inyeksiya yeri bərkidikdə aşağıda sadalanan tədbirlərdən