88) Miokard infarktı zamanı həkiməqədər yardım nədən ibarətdir?
A) Xəstənin mədəsini yumaq
B) Xəstəyə tam üfiqi vəziyyət verib, əzələ daxilinə analgin vurmaq
C) Xəstəni sakitləşdirmək
D) Xəstəyə sidikqovucu vurmaq
E) Xəstəyə tam fiziki (yarımoturaq) və psixi sakitlik vermək,dil altına nitroqliserin
Xəstəyə tam fiziki (yarımoturaq) və psixi sakitlik vermək, dil altına nitroqliserin
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 310-311.
89) Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir?
A) Təcili yardım stansiyası
B) Həkim məntəqəsi
C) Qadın məsləhətxanası
D) Xəstəxana
E) Poliklinika
Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə bu müəssisədə yatdıqda aparılır, bu baxımdan
xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edılır.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 19. “ Təhsil ” Bakı 1998.