81) Zimnitski sınağı aparmaq üçün sidik neçə porsiyada yığılır?
A) 6
B) 8
C) 4
D) 2
E) 3
Zimnitski sınağı böyrəklərin orqanizmin müxtəlif patoloji və fizioloji vəziyyətlərinə uyğunlaşma
qabiliyyətini müəyyən etməyə imkan verir. Bu sınaq zamanı xəstənin sutka ərzində hər 3 saatdan
bir ifraz etdiyi sidik 8 porsiyada toplanaraq laboratoriyaya göndərilir. Zimnitski sınağının köməyi
ilə sutkalıq, gündüz və gecə ifraz olunan sidiyin miqdarını, hər porsiyadakı sidiyin miqdarını və
xüsusi çəkisi təyin edilir.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 228 “Təhsil”. Bakı 1998