84) Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür?
A) Kartof
B) Çuğundur
C) Ağ çörək
D) Noxud
E) Yumurta
Qəbizlik-müxtəlif səbəblərdən bağırsağın boşalmasının ləngiməsidir. Qəbizliyi aradan götürmək
üçün xəstəyə bitki mənşəli (çuğundur, kələm, qara gavalı və s.) qida qəbulu məsləhət görülür.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40 “Azərnəşr” Bakı
1984
85) Stenokardiya tutması zamanı aşağıdakılardan hansı əks göstərişdir?
A) Nifedipin
B) Nitroqliserin
C) Mezaton
D) İzoket
E) Baralgin
Stenokardiya ürək damarlarının mənfəzinin daralması nəticəsində yaranır. Mezaton damar büzücü
preparat olduğundan vəziyyəti daha da ağırlaşdıra bilər.
Ədəbiyyat: В.М.Богомобов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр. 308.
86) Stenokardiya tutması zamanı göstərilən yardımdan sonra xəstənin vəziyyəti