Iqtisadi göstəricilər arasındakı əlaqə riyazi statistikanın korrelyasiya və reqressiya təhlilinn köməyi ilə aparılır
Korrelyasiya sözü ilk dəfə XIX əsrin ortalarında ingilis alimləri F.Qalton və K.Pirson tərəfindən meydana gəlmışdır. “Korrelyasiya” sözü latınca “correlation“ sözündən yaranmış
və mənası qarşılıqlı asılılıq, münasibət deməkdir
”Reqressiya” sözünü də elmə ilk dəfə F.Qalton daxil etmişdir. Latınca “regression” sözündən götürülüb və mənası geriyə hərəkət deməkdir. İctimai həyatın bütün sahələrində istənilən hər
hansı bir hadisənin baş verməsi müəyyən nəticə ilə əlaqələnir.
Nəticə amili həmişə səbəb amilinin hesabına formalaşır.
Formalaşan nəticə amilinə müxtəlif şərait və vəziyyətlərdən asılı olaraq olduqca müxtəlif və çoxsayli amillər təsir göstərdiyindən bu amillərin təsir dərəcəsi həmişə bir-birindən fərqlənir.
Reqressiya təhlilinin əsas məsələsi dəyişənlər arasında asılılığın formasının müəyyən edilməsindən ibarətdir.
Korrelyasiya təhlilinin əsas məsələsi isə dəyişənlər arasındakı əlaqənin üzə çıxarılması və onun əlaqə sıxlığının qiymətləndirilməsindən ibarətdir.
korrelyasiya analizi ilə reqressiyaanalizini qarışdırmamaq gərəkdir. Korrelyasiya analizindən 2 dəyişən arasında hansı əlaqənin olub-olmamasını müəyyən etmək üçün istifadə edilir. Korrelyasiya əmsalının tapılması metodları müxtəlifdir.
Reqressiya analizindən isə,iki və ya daha çox dəyişən arasında riyazi əlaqənin mövcudluğunu güman edərək, müstəqil dəyişənin məlum dəyərinə əsaslanıb, asılı dəyişənin proqnozlaşdırılması üçün istifadə edilir.
Maddi aləmin
sistemlərində
rast gəlinən
asılılıqlar
Funksional asılılıqlar
Korrelyasiya asılılıqları
Dəyişənlər arasında əsasən funksional və korelyasiya asılılıqları mövcud olur.
Funksional asılılıqda hər bir müşahidə tam olaraq ödənilir. Ona görə də bu asılılıqlarda korrelyasiya əmsalı vahidə bərabər olur.
Funksional asılılıqdan fərqli olaraq korrelyasiya asılılıqları yalnız kütləvi müşahidələr zamanı yaranan asılılıqlardır.
Qeyd etmək lazımdır ki, iqtisadi sistemlərin göstəriciləri arasındakı korrelyasiya asılılıqlarının təhlili zamanı yaranan ən mühüm problemlərdən biri təhlilə cəlb edilən göstəricilərin düzgün seçilməsidir.
Bu problemlərin həll edilməsi məqsədi ilə aşağıda göstərilən bəzi tələblərin ödənilməsi məqsədəuyğundur
iqtisadi sistemin tədqiqat prossesində iştirak edən göstəricilərinin hər biri ayrı-ayrılıqda nəzəri baxımdan tam əsaslandırılmalı və bu göstəricilər qrupuna yalnız o göstəriciləri
daxil etmək lazımdır ki, onlar iqtisadi sistemin davranışına əhəmiyyətli dərəcədə təsir göstərmiş olsunlar;
-təhlilə cəlb ediləcək göstəricilərin bir-birini təkrarlamasına yol verilməməlidir. Daha doğrusu, iqtisadi sistemin analoji xüsusiyyətlərini müxtəlif göstəricilərlə ifadə etmək olmaz.
Əks halda bu göstəricilər bir-birindən xətti asılı olmaqla multikolleniarlıq halı yaranacaqdır. Multikolleniarlıq halını aradan qaldırmaq üçün öz aralarında xətti asılı olan göstəricilərdən birini tədqiqatdan mütləq kənarlaşdırmaq lazımdır;
-tədqiqata cəlb ediləcək göstəricilərin öz aralarında avtokorrelyasiya halının mövcud olmasına yol vermək olmaz.
Avtokorrelyasiya o halda yarana bilər ki, iqtisadi sistemin davranışının müşahidəsi müxtəlif dövrlərdə aparılır və sonrakı dövrlə əvvəlki dövrləri əks etdirən məlumatlar arasında əlaqə mövcud olur.
Avtokorrelyasiyanın aradan qaldırılmasının ən sadə yolu zaman faktorunun qurulacaq korrelyasiya modelinə sərbəst dəyişən kimi daxil edilməsidir;
iqtisadi sistemə bilavasitə təsir göstərən amillər arasında keyfiyyət xarakterli amillərin olması da mümkün ola bilər. Bu halda onlar kəmiyyət baxımından approksimasiya edilməlidir.
Əgər onları kəmiyyət baxımından approksimasiya etmək mümkün olmazsa, onda həmin amilləri tədqiqata cəlb etmək olmaz;
iqtisadi sistemi xarakterizə edən göstəricilər arasında addıtıvlik əlaqəsi mövcud olmamalıdır. Yəni tədqiqata həm ayrı-ayrı fərdi göstəriciləri, həm də onların məcmuyu kimi çıxış edən törəmə göstəricilərini tədqiata cəlb etmək olmaz.
İstənilən iqtisadi sistemdə iqtisadi göstəricilər arasındakı korrelyasiya asılılıqlarının müəyyən edilməsində ekonometrikanın korrelyasiya və reqressiya təhlili adlanan metodundan istifadə edilir.
Korrelyasiya təhlili metodunun ən sadə variantı iqtisadi sistemin iki göstəricisi arasındakı korrelyasiya asılılığının müəyyən edilməsidir. Bu göstəricilərdən