E) Düz bağırsaqda temperaturun ölçülməsi
Rektoromanoskopiya düz və S-vari bağırsağın rektoskop vasitəsi ilə müayinə metodudur. Bu
metoddan düz və S-vari bağırsağın şişləri, eroziya, qansızmalarını aşkara çıxarmaq üçün istifadə
olunur. Düzgün nəticə almaq üçün rektoromanoskopiyadan əvvəlki gün axşam və müayinə günü
səhər təmizləyici imalə etmək vacibdir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 345
140) Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa tibb işçisi
nə etməlidir?
A) İynəni dəyişdirməlidir
B) Sistemdə təzyiqi qaldırmalıdır
C) Kanyulanı təmizləməlidir
D) Dərhal həkimi çağırmalıdır
E) Proseduranı tamamilə dayandırmalıdır
İynənin ucundakı trombun venanın mənfəzinə düşməməsi üçün tibb işçisi iynəni dəyişməlidir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 60 “Çıraq ” 2008.
Dostları ilə paylaş: