Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə72/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   68   69   70   71   72   73   74   75   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

134) Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır? 
 
A) 100 ml natrium-hidrokarbonat məhlulu 
B) 100 ml 25%-li maqnezium-sulfat məhlulu 
C) 1-2 litr təmiz su 
D) 10 litr təmiz su 
E) 100 ml natrium-xlorid məhlulu 
Adi təmizləyici imalələr kömək etmədikdə zəhərlənmələrdə bağırsaqları yumaq üçün ən yaxşı üsül 
sifon imaləsidir. Sifon imaləsi üçün  10-12 litr 38
0
 C-yə qədər isidilmiş qaynanmış su götürülür. Bu 
miqdarda maye bağırsaqların zəhərli maddələrdən təmizlənməsini təmin edir. 
 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.49-50 “Azərnəşr” 
Bakı 1984 
 
135) Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə 
olunur? 
 
A) Təmizləyici imalədən 
B) Hipertonik imalədən 
C) Dərman imaləsindən 
D) Yağ imaləsindən 
E) Sifon imaləsindən 
Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici vasitə kimi 
dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun bağırsağın təmizlənməsi 
üçün istifadə olunur. 


 
Ədəbiyyat : N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43 “Çıraq ” 2008. 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin