A) Apnoe
B) Aritmiya
C) Asistoliya
D) Koma
E) Atelektaz
Iri arteriyalarda nəbzin itməsi ürək əzələsinin yığılmasının, yəni sistolanın dayanması deməkdir. A-
latınca inkar bildirən söz önlüyüdür. Asistoliya – sistolanın dayanması deməkdir (olmaması).
Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 243-250
130) Klinik ölümə şübhə olduqda reanimasion tədbirlər nə zaman başlanmalıdır?
A) Dərhal, yerindən asılı olmayaraq
B) Yaxınlıqda yerləşən tibb müəssisəsində
C) Xəstəxananın qəbul şöbəsində
D) Təcili yardım maşınında
E) Reanimasiya şöbəsində
Klinik ölümün diaqnostikası məlum olduğu andan dərhal reanimasion tədbirlərə başlanılmalıdır.
Bu, beynin hipoksiyasının və onun hüceyrələrinin məhvinin proqressivləşməsinə mane olur.
Ədəbiyyat: С.А.Мухина. «Общий уход за болъными». Москва «Медицина» 1983. Стр 243-250