A) 2,4
B) 1,4
C) 2,6
D) 3,5
E) 4,6
Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində işlədilməsi
nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi dərmanların daxilə tətbiq üsuluna
aiddir.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ” Bakı 1998.
125) Hansı halda tibb işçisi xəstəyə qızdırıcı kompress qoymalıdır?
A) Yüksək qızdırma olduqda
B) Yerli irinli proseslər olduqda
C) Dərinin tamlığı pozulduqda
D) İnyeksiyadan sonra infiltrat olduqda
E) Dəridə allergik səpgilər olduqda
İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun
müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır, venoz stazı aradan qaldırır
və nəticədə ağrı və şişkinlik aradan qalxır, ona görə inyeksiyadan sonrakı infiltratlar zamanı isidici
kompresin qoyuluşu göstəriş, sadalanan digər hallarda isə əks- göstəriş sayılır.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998.
126) Xəstəyə xardal yaxması qoyarkən tibb işçisi aşağıda göstərilənlərdən hansını düz etmir?
A) Xardal kağızının üstünü dəsmalla örtüb, xəstəni yorğana bürüyür
B) Xardal kağızını 5-15 dəqiqə xəstənin bədənində saxlayır
C) Xardal kağızını götürdükdən sonra dərini ilıq suda isladılmış dəsmalla silir
D) Xardal qoyulacaq nahiyənin üstünü açır
E) Tibb bacısı xardal kağızını soyuq suda isladıb, xəstənin bədəninə qoyur
Xardalın müalicəvi təsiri onun tərkibində olan efir-xardal yağı ilə izah olunur. Bu yağ ancaq 40-45
dərəcə temperaturlu suda xardaldan ayrılaraq dərini qıcıqlandırır və damarları genişləndirir,
nəticədə həmin nahiyəyə qan axını güclənir, orada qan və limfa dövranı yaxşılaşır, yerli
toxumaların müqaviməti güclənir. Lakin xardalı soyuq suda islatdıqda xardal efiri ayrılmır və
xardalla müalicə heç bir effekt vermir.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ” Bakı 1998.
Dostları ilə paylaş: