120) Venepunksiya apararkən tibb işçisi aşağıda göstərilənlərdən nəyi düz etmir?
A) Xəstənin dirsəyi altına kiçik yastıq qoyur
B) Bazunun ortasından turnanı elə bağlayır ki, mil arteriyasında pulsasiya kəsilsin
C) İnyeksiya nahiyəsini 2 dəfə spirtli tamponla silir
D) Iynə venaya düşən kimi turnanı açır
E) Xəstəyə əlini açıb-yummağı təklif edir
Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına mane
olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq venalar sıxılsın,
arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil arteriyasındakı nəbzə görə nəzarət edirlər,
nəbz zəifdirsə və ya heç hiss olunmursa deməli turna çox sıxılmışdır
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 25 “ Çıraq” 2008.