Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə65/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   61   62   63   64   65   66   67   68   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

121) Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir? 
 
A) Draje 
B) Tablet 
C) Mikstura 
D) Məlhəm 
E) Kapsul 
Dərmanların mədə-bağırsaq traktından orqanizmə yeridilməsi enteral yolla yeridilmə adlanır. 
Dərmanlar enteral olaraq üç yolla yeridilir: dilin altına qoymaqla, ağızdan(peros) və düz 
bağırsaqdan yeritməklə. Məlhəmlər isə dərmanların xaricə tətbiqinə aiddir. 
 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 135. “ Təhsil ” Bakı 1998. 
 
122) Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan dərmanlar 
hansılardır? 
 
A) Narkotik analgetiklər, trankvilizatorlar 
B) Vaksinlər 
C) Zərdablar 
D) Antibiotiklər 
E) Hipotenziv dərmanlar 
Stasionarda A (narkotik analgetik preparatlar) və B (yuxu dərmanları, kodein və s.) siyahısına daxil 
olan dərmanlar xüsusi seyflərdə saxlanılır. Seyfin qapısının daxili tərəfində saxlanılan dərmanların 
siyahısı asılır və bu dərmanların maksimal birdəfəlik və sutkalıq dozaları göstərilir. Şöbədə narkotik 
dərmanlar 5 günlük, digər güclü təsirli dərmanlar isə 10 günlük tələbatı ödəyəcək miqdarda 
saxlanılır. 
 
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 127. “ Təhsil ” Bakı 1998. 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin