128) Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb işçisi xəstəyə buz qovuğu tətbiq edə
bilməz?
A) Əzilmələr zamanı ilk 3 gündə
B) Böyrək sancılarında
C) Yüksək qızdırma olduqda
D) Daxili qanaxmalar olduqda
E) Kəskin appendisit zamanı
Buz qovuğunun təsiri nəticəsində dəridə və daha dərində yerləşmiş üzvlərin damarlarında sıxılma
baş verir, nəticədə həmin nahiyələrə qan axını azalır.
Güclü böyrək sancıları əsasən böyrək daşı xəstəliyi zamanı yaranır, əgər bu zaman xəstəyə buz
qovuğu tətbiq edilərsə soyuğun təsirindən spazm yaranır və daşın böyrəklərdən sidik axarlarına,
oradan da sidik kisəsinə keçməsi çətinləşır, nəticədə xəstənin sancıları daha da güclənir.
Ədəbiyyat : C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 122. “ Təhsil ” Bakı 1998.
Dostları ilə paylaş: