203) Hipertonik kriz zamanı göstərilən qulluq elementləri hansılardır?
A) Nəmləndirilmiş oksigenin verilməsi
B) Qanın müayinə edilməsi
C) Termometriya
D) Qusma zamanı yardım
E) Su balansının təyini
Hipertonik kriz zamanı xəstədə güclü başgicəllənmə , ürəkbulanma və qusma olur. Ürəkbulanmanı
azaltmaq ücün xəstəyə tərkibində atropin olan dərmanlar- belladonna, belloid, belaspon verilir,
qusma olduqdqa xəstən uzanıqlı vəziyyətdədirsə başını yana döndərilir, qusub qurtardıqdan sonra
ağzını yaxalayırlar.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.507. “Çıraq “ 2008
204) Ürəyin işemik xəstəliyi zamanı xəstənin qidasında hansı məhsullar məhdudlaşdırılır?
A) Xörək duzu
B) Bitki mənşəli yağlar
C) Şəkər
D) Meyvə
E) Ədviyyatlar
Xörək duzu orqanizmə çoxlu su qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin miqdarını
artırır və nəticədə ürəyin işi və ürəyə düşən yük artır, bu baxımdan belə xəstələrə xörək duzunun
muqdarı məhdudlaşdırılır.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141 “Çıraq “ 2008.