205) Arterial hipertoniya xəstəliyi zamanı hansı pəhriz məsləhət görülür?
A) Maye və zülalların istifadəsinin artırılması
B) Yağların və zülalların artırılması
C) Yağların və karbohidratların məhdudlaşdırılması
D) Maye və yağların məhdudlaşdırılması
E) Maye və duzların məhdudlaşdırılması
Hipertoniya xəstəliyi zamanı xəstənin qidasında xörək duzunun və əgər xəstədə ürək çatışmazlığı
varsa içilən mayenin miqdarını azaltmaq lazımdır, çünki duzlar çoxlu maye qəbul edilməsini tələb
edir, bu da dövr edən mayenin miqdarını artırır, nəticədə təzyiq daha da yüksəlir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb basının məlumat kitabı”. Səh. 138. “ Çıraq “ 2008.
206) Nitroqliserinin effektiv təsiri qəbul edildikdən neçə dəqiqə sonra başlayır?
A) 30-40
B) 40-50
C) 10-15
D) 3-5
E) 20-25
Stenokardiya zamanı ağrı tutmasını aradan qaldırmaq üçün xəstəyə dil altına həb şəklində və ya 2-3
damcı 1%-li nitroqliserin verilməlidir. Bu preparat 3-5 dəqiqə ərzində ağrını kəsir.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” .Səh. 506 “ Çıraq “ 2008.