216) Qidada yod çatmamazlığı hansı xəstəliyin əmələ gəlməsinə səbəb olur?
A) Şəkərli diabet
B) Piylənmə
C) Diffuz toksiki ur
D) Kəskin qastrit
E) Endemik ur
Endemik ur zamanı qalxanabənzər vəzinin ölçüləri böyüyür, buna səbəb istifadə olunan suda və
qidada yodun çatmamazlığıdır.
Ədəbiyyat : В.М.Боголюбов. Внутренние болезни. Стр.424 Москва. «Медицина» 1983.
217) Kliniki ölümün əsas əlamətlərinə aiddir?
A) Huşun itməsi, bəbəklərin genişlənməsi,iri arteriyalarda nəbzin itməsi
B) Tənəffüsün dayanması, genəlmiş bəbəklərin işığa reaksiyasının olmaması
C) Sapvari nəbz, bəbəklərin genişlənməsi, sianoz
D) Huşun itməsi, yuxu arteriyasında nəbzin itməsi
E) Huşun itməsi, sianoz, bəbəklərin genişlənməsi
Kliniki ölüm ürək və tənəffüs dayandıqdan sonra bir neçə(3-6) dəqiqə davam edən haldır, xəstədə
heç bir zahiri həyat əlamətləri olmur, lakin bu müddət ərzində toxumalarda, əsasən də beyin
hüceyrələrində hələ geridönməz dəyişikliklər əmələ gəlmir, odur ki, bu müddət ərzində xəstəni
həyata qaytarmaq mümükün ola bilir.
Ədəbiyyat : C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.242. “ Təhsil” Bakı 1998