208) Bronxial astma tutması zamanı xəstə hansı məcburi vəziyyəti alır?
A) Əllərini dayaq verərək oturur
B) Ayaqlarını qaldırmaqla horizontal
C) Başı aşağı əyilmiş şəkildə oturmuş
D) Horizontal
E) Yan tərəfi üstə
Bronxial astma tutması zamanı xəstə müəyyən sabit vəziyyət almağa - qollarını pəncərə altlığına və
ya çarpayıya, stul arxasına dirəyərək məcburi vəziyyətdə oturmağa və ya ayaqüstə qalmağa məcbur
olur.Bu zaman nisbətən tənəffüs asanlaşır.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 504 “ Çıraq “ 2008.