276) Gecə diurezinin gündüz diurezindən çox olması necə adlanır?
A) Anuriya
B) Poliuriya
C) Oliquriya
D) Pollakiuriya
E) Nikturiya
Nikturiya sidiyin miqdar pozğunluqlarına aiddir. Nikturiya sutkalıq sidiyin miqdarının yarısının və
ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998
277) Sutkalıq diurezin 2000 ml-dən çox olması necə adlanır?
A) Anuriya
B) Oliquriya
C) Nikturiya
D) Pollakiuriya
E) Poliuriya
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Poliuriya
sutkalıq sidiyin miqdarının 2000 ml-dən çox olmasına deyilir.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil “ Bakı 1998