284) İnsulin yeridildikdən sonra tibb bacısı xəstəyə hansı qulluğu göstərir?
A) İnyeksiya yerinə isitqac qoyur
B) Arterial təzyiqi ölçür
C) 30 dəqiqədən sonra yedizdirir
D) Uzandırır
E) Tənəffüsü və nəbzi sayır
İnsulin yeridildikdən 30 dəqiqə sonra tibb bacısı xəstəni yedizdirməlidir , əks halda xəstə
hipoqlikemik komaya düşə bilər.
Ədəbiyyat : N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 158. “Çıraq” 2008
285) İnsulin artıq dozada yeridildikdə hansı ağırlaşma baş verə bilər?
A) Kvinke ödemi
B) Ortostatik kollaps
C) Ketoasidotik koma
D) Hipoqlikemik koma
E) Arterial təzyiqin artması
İnsulin artıq dozada yeridildikdə xəstədə hipoqlikemik koma baş verir, qanda şəkərin səviyyəsi
düşür. Bu zaman xəstədə kəskin aclıq hissi , baş ağrısı, əsəbilik olur.Belə xəstəyə dərhal içməyə
şirin çay verilir, vena daxilinə 20- 40 ml 40 %-lı qlükoza məhlulu vurulur.
Ədəbiyyat : В.М.Боголюбов. Внутренние болезни. Стр.437. Москва. «Медицина « 1983.