E) Anafilaktik şok
Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması anafilaktik
şokdur. Anafilaktik şokun əlamətləri: dəri qızarır, qaşınır, öskürək tutmaları, təngnəfəslik,qusma,
arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, huşun itməsi.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
283) Parenteral yeritmək üçün dərman maddələrinin hansı formasından istifadə olunur?
A) Poroşoklardan
B) Drajelərdən
C) Steril məhlullardan
D) Həblərdən
E) Kapsulalardan
Parenteral ,yəni həzm traktından kənar yolla dərmanlar orqanizmə inyeksiya vasitəsilə ,steril məhlul
şəklində yeridilir.Əks halda orqanizmin infeksiyaya yoluxma təhlükəsi yarana bilər.
Ədəbiyyat : C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
Dostları ilə paylaş: