286) Quru plevrit zamanı xəstə hansı məcburi vəziyyəti alır?
A) Xəstə sağlam tərəfə uzanır
B) Xəstə arxası üstə uzanır
C) Xəstə ağrıyan tərəfi üstə uzanır
D) Xəstə yarımoturaq vəziyyətdə uzanır
E) Xəstə əllərini çarpayının kənarına dirəyərək önə əyilir
Iltihaba uğramış tərəfdə plevra vərəqində fibrinoz yığıntılar olur. Bu zaman vərəqlər bir-birinə
sürtünür (nəfəs alma, öskürək zamanı). Ona görə də,xəstə ağrıyan tərəfi üstə uzanaraq həmin
tərəfdə döş qəfəsinin hərəkətini məhdudlaşdırmağa çalışır.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». Москва «Медицина» 1983. Стр 248