325) Öd sancısı tutması zamanı hansı preparatın istifadəsi əks- göstərişdir?
A) No-şpa
B) Omnopon
C) Allaxol
D) Papaverin
E) Yessentuki -17
Öd sancısı zamanı əsas məqsəd ağrını və spazmıaradan qaldırmaqdır. Narkotiklər Oddi sfnkterində
spazm yaratdığına görə öd sancısı zamanı istifadəsi əks- göstərişdir, omnopon da narkotik
olduğundan bu baxımdan istifadəsi əks-göstərişdir
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.445.
Bakı. “Təbib “1998
326) Xroniki pankreatit zamanı sadalanan dərmanlardan hansının işlədilməsi məqsədəuyğun deyil?
A) Almagel
B) Digestal
C) Xolenzim
D) Pankreatin
E) Festal
Almagel antasid preparat olub ,əsasən hipersekretor qastritdə istifadə olunur , sadalanan digər
preparatlar isə ferment preparatları olduğuna görə mədəaltı vəzin xarici sekretor çatmamazlığında
əvəzləyici terapiya məqsədilə tətbiq edilir.
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh.392.
Bakı. “Təbib “1998