A) Disfagiya
B)
Bulimiya
C) Polidipsiya
D) Polifagiya
E) Anoreksiya
Latınca “ an” inkar şəkilçisidir , “oreks” isə iştaha deməkdir.
Ədəbiyyat : Daxili xəstəliklər.F.İ.Komarov ;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə.Səh.393.
Bakı “Təbib“1998
324) 18 yaşlı xəstə başağrısı , bel nahiyəsində sızıldayıcı ağrı , ümumi halsızlıq, sidiyinin
çəhrayı rəngdə olması şikayətləriylə feldşerə müraciət edib. Baxma zamanı xəstənin üzundə
şişkinlik müşahidə edilir. Anamnezdən məlum olur ki , 3 gündür xəstədir , 2 həftə əvvəl
angina keçirib. A/T (arterial təzyiq) 165/ 100 mm.c. süt. Təxmin edilən diaqnoz hansıdır?
A) Böyrək daşı
B) Kəskin pielonefrit
C)
Kəskin qlomerulonefrit
D) Sistit
E) Xroniki böyrək çatışmazlığı
Qlomerulonefrit yumaqcıq damarlarının zədələnməsinin üstünlüyü ilə gedən ,
böyrəklərin tez-tez
rast gəlinən immunokompleks xəstəliyidir.Kəskin qlomerulonefrit zamanı bel nahiyəsində
sızıldayıcı ağrılar, ümumi halsızlıq , baş ağrısı olur, hematuriya müşahidə edilir. Xəstənin 2
həftə
əvvəl angina keçirməsi böyük diaqnostik əhəmiyyət kəsb edir, çünki
xəstəlik əsasən streptokokk
infeksiyasından sonra başlayır. Üzdə ödemin olması, arterial təzyiqin göstəricisi də qlomerulonefrit
diaqnozunu təsdiqləməyə əsas verir.
Ədəbiyyat : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 459.
Bakı. “ Təbib “ 1998
Dostları ilə paylaş: