366) Yenidoğulmuşlarda baş beyin zədələnməsinin əsas əlaməti nədir?
A) Sarılıq
B) Hemorragik sindrom
C) Hipertermiya
D) Hipotermiya
E) Qıcolma
Baş beynin zədələnməısi yenidoğulma dövrünün ağır patologiyası sayılır.Bu zaman baş beynin
ödemi və kəllədaxili qansızmalar olur. Qansızmanın lokalizasıyasından asılı olaraq uşaqda müxtəlif
əlamətlər baş verir. Vacib diaqnostik əlamət qıcolmadır.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
367) Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?
A) Anada Rh(+) və uşaqda Rh(-)qan
B) Anada Rh(-) və uşaqda Rh(+) qan
C) Anemiya
D) Hər ikisində Rh(+) qan
E) Hər ikisində Rh(-)qan
Hemolitik xəstəlik anada rezus mənfi –Rh(-), uşaqda isə Rh(+) qan olduqda baş verir. Dölün rezus
amili ana qanına keçdikdə anti – rezus əks cisimlər əmələ gəlir. Bunlar ciftdən keçərək dölün qanına
düşür, döldə antigen-anti cism reaksiyası baş verir. Eritrositlər hemolizə uğrayır ki, nəticədə
hemolitik xəstəlik əmələ gəlir.