Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Uşaq yaşlarında anemiyanın hansı formalarına daha çox rast gəlinir?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə273/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   269   270   271   272   273   274   275   276   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

513) Uşaq yaşlarında anemiyanın hansı formalarına daha çox rast gəlinir? 
 
A) Posthemorragik 
B) Dəmirdefisitli 
C) Hemolitik 
D) Vitamindefisitli 
E) Zülaldefisitli 
Uşaqlar keyfiyyətli qidalanmadıqda,yəni qida ilə orqanizmə lazım olan miqdarda dəmir daxil 
olmadıqda dəmirdefisitli anemiya əmələ gəlir.Eyni zamanda bir çox xəstəliklər zamanı ( yoluxucu 
xəstəliklər,raxit,hipotrofiya və s.) dəmirin orqanizmə sorulması pozulur.Nəticədə dəmidefisitli 
anemiya əmələ gəlir. 
 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 177 
 
514) Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur? 
 
A) hamısı bağlı olur 
B) böyük və kiçik 
C) böyük,kiçik və yan əmgəklər 
D) böyük,yan əmgəklər 
E) yan əmgəklər 
28 həftə ilə 38 həftə arasında doğulan,çəkisi 2500 qr-dan az ,boyu isə 45 sm-dən az olan uşaq 
yarımçıqdoğulmuş hesab edilir.Vəziyyəti  Apqar şkalasına görə 3-cü dərəcə ilə 
qiymətləndirilən,çəkisi 1500 qr-dan az,boyu isə 35 sm-dən az olan  yarımçıqdoğulmuş uşaqda 
böyük,kiçik və yan əmgəklər açıq olur. 
 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113. 
 
515) Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir? 
 
A) 4-5 
B) 1-3 
C) 9-10 
D) 6-7 
E) 11-12 
Yenidoğulmuşlarda  asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar şkalasına görə  
uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır. 
 
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 119. 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin