567) Yeni doğulmuşa hansı hepatitə qarşı peyvənd vurulur?
A) Hepatit B
B) Hepatit C
C) Hepatit D
D) Hepatit E
E) Hepatit A
Yeni doğulmuşlara doğuşdan sonrakı ilk 12 saat ərzində pepatit B-yə qarşı peyvənd budun ön
səthinə dəri altına vurulur.
Ədəbiyyat: Təcrübədə immunlaşdırma Modul 2 Bakı 2008
568) Salmonelyozun yoluxma mənbəyi hansı ola bilər?
A) İnsan
B) Heyvan
C) Çirkli əşyalar
D) Çirkli əl
E) İnfeksiyalaşmış qida və su
Salmonelyoz infeksion bağırsaq xəstəliyidir, törədicisi salmonellalardır. İnfeksiya mənbəyi
yoluxmuş qida və sudur.
Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 562