652) Donmalar zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Vişnevski məlhəmi ilə sarğı qoymaq
B) Termoizoləedici sarğı qoymaq
C) Qarla ovuşdurmaq
D) Spirtlə ovuşdurmaq
E) Yun parça ilə ovuşdurmaq
İsti otağa gətirilərək donmuş nahiyyəni qızdırmaq (suyun t0-200-dən 370-yə qədər). Periferiyadan
mərkəzə doğru araqla, odekolonla ovmaq, sonra isə pambıqla aseptik sarğı qoyulur.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287
653) I, II dərəcəli termiki yanıqlar zamanı ilk tibbi yardım nədən ibarətdir?
A) Aseptik sarğı qoymaq
B) Turna qoymaq
C) Vişnevski məlhəmi ilə sarğı qoymaq
D) Streptosid tozu səpmək
E) Suluqları kəsmək
Səthi yanıqlara aiddir. Xəstənin vəziyyəti imkan verərsə 20-30 dəqiqə soyuq su altında saxlamaq,
ağrını azaltmaq sonra isə aseptik sarğı qoymaq lazımdır.
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 282