109) Qızdırmanın inkişafında neçə dövr ayırd edilir?
A) 3
B) 5
C) 2
D) 1
E) 4
Qızdırmanın inkişafında 3 dövr ayırd edilir. I dövr-qızdırmanın qalxan dövrü, II dövr-qızdırmanın
maksimal yüksəliş dövrü, III dövr-qızdırmanın enmə dövrü. Hər dövrün öz klinik mənzərəsi vardır
və xəstələrə qulluq, hər dövrdə öz xüsusiyyətləri ilə xarakterizə edilir.
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974
110) Hansı maddə dəri içinə yeridilir?
A) No-spa
B) Tuberkulin
C) Kordiamin
D) Ampisillin
E) Klofellin
Dəri daxili inyeksiyalardan diaqnostika, yerli keyitmə, sınaq və peyvənd məqsədi ilə istifadə olunur.
Tuberkulinlə peyvənd aparılır. Ona görə də tuberculin dəri daxili inyeksiya edilir.
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. “Azərnəşr” Bakı 1984.
Səh.56-57.