Feldşer iXTİsasi üZRƏ test tapşiriqlari nümunəLƏRİ Bölmə 1 – Terapiya


) Dəri altı inyeksiya hansı bucaq altında aparılır?



Yüklə 1,54 Mb.
Pdf görüntüsü
səhifə59/516
tarix22.01.2022
ölçüsü1,54 Mb.
#51476
1   ...   55   56   57   58   59   60   61   62   ...   516
feldser ixtisasi uzre izahli test numuneleri

111) Dəri altı inyeksiya hansı bucaq altında aparılır? 
 
A) 90 
B) 60 
C) 45 
D) 70 
E) 50 
Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında yeridilən iynə bilavasitə 
dəri altı nahiyyəyə düşür. 
 
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57 “Azərnəşr” Bakı 
1984 
 
112) Vena daxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi nədir? 
 
A) Turnadan aşağı hissədə dərinin göyərməsi 
B) Turna qoyulan nahiyədə qansızmaların olması 
C) Turnadan aşağı hissədə dəri örtüyünün avazıması 
D) Turnadan aşağı hissədə dərinin qızarması 


E) Mil arteriyasında nəbzin olmaması 
Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar sıxılmalı, 
arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün qoyulduqda turnadan aşağı 
hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir. 
 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 86 
 
113) Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər olmalıdır (sm-lə)? 
 
A) 50 
B) 2-4 
C) 10-12 
D) 20-30 
E) 10-15 
Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə olunur. Bu rezin 
boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu vazelin sürtüldükdən sonra 20-30 
dərinlikdə düz bağırsağa yeridilir. 
 
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 114 
 

Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin