106) Ağır xəstələrin dərisini silmək üçün hansı məhluldan istifadə olunur?
A) 0,05%-li kalium-permanqanat məhlulu
B) 10%-li kalium-permanqanat məhlulu
C) Furasillin məhlulu
D) 10%-li naşatır spirti
E) 10%-li kamfora spirti
10%-li kamfora spirti yataq yaralarının profilaktikası üçün istifadə olunur.Yataq yaraları yataqla
daha sıx təmasda olan büzdüm, kürək, daban və dirsək nahiyyələrində yerli qan dövranı
pozulduğuna görə yaranır. 10%-li kamfora spirti yerli qan dövranını yaxşılaşdırıcı və dezinfeksiya
edici təsirə malikdir.
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 32-33